Aksiyasında jurnalistlər saxlanılıb

Bu gün bloqqer Mehman Hüseynov üçün keçirilən dəstək aksiyasında jurnalistlər saxlanılıb.

Aksiyanı işıqlandıran jurnalistlər Sevinc Vaqifqızı, Əfqan Sadıqov, Fərid Abdinov və Nurlan Qəhrəmanlı həbs edilib. Bu barədə jurnalist Ramin Deko məlumat yayıb. Onun sözlərinə görə, jurnalist Sevinc Vaqifqızı 24-cü bölməsinin qarşısında saxlanılıb. Aksiya iştirakçılarına qarşı kobudluq edib, telefonunu zorla əlindən alıb və həbs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir