Anar Məmmədov Bakı Şəhər Prokurorluğuna çağırılıb

 

Noyabrın 30-da “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov Bakı Şəhər Prokurorluğuna çağırılıb. Baş redaktor polis nəzarətinə verilib.  Bakı Şəhər Prokurorluğuna çağırılaraq ona maddələrinin ağırlaşdırıldığı elan olunub.

“Anar Məmmədova qarşı yeni ittihamlar irəli sürülüb.”

O, AR Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, sözügedən maddələrlə A.Məmmədovu 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, Elmar Vəliyevə qarşı məlum hücum iyulun 3-də baş verib.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

“Criminalaz.com” saytı məhkəmə qərarı olmadan bloklanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir