“Energetik” klbu ötən mövsüm Regional Liqada ikinci pilləni tutmuşdu. AFFA bizdən bu mövsüm yarışda iştirak edib-etməyəcəyimizlə bağlı məlumat verməyimizi istədi və vaxt verdi. Dəfələrlə “Azərenerji”yə məktub yazsaq da, heç bir nəticəsi olmadı. Kimsə bizə cavab vermədi. Baba Rzayevin Mingəçevirə gəldiyini eşidəndə ora yollandıq, qeydiyyata düşdük. Amma heç kim bizim orda olduğumuzla bağlı “Azərenerji” prezidentinə məlumat vermədi.
Bu səbəbdən 10-12 komanda üzvü ilə birlikdə aşağıda gözləməyə başladıq. Baba müəllim gələndə onu çağırdıq. Bizi görəndən sonra maşını saxladı, nə istədiyimizi soruşdu. Komanda ilə bağlı məlumat verdik və yarışda iştirak edib-etməyəcəyimizlə bağlı AFFA-ya məlumat verməli olduğumuzu bildirdik. Bu barədə xəbərsiz olduğunu deyən Baba müəllim hazırda işlərinin çox olduğunu, Mingəevir SES-də yenidənqurma işləri apardıqlarını və futbol vəsait ayırmayacaqlarını bildirdi.
Dedi ki, bu barədə AFFA-ya da məlumat verin. Mingəçevir həmişə futbol şəhəri olub, burda tanınmış futbolçular yetişib. Amma artıq bir klubu belə yoxdu. Bu klubda oynayanlar 250 manat maaş alırdı. İndi 25 nəfər insan işsiz qalıb. Heç kim səsimizə-səs vermir”.
Qeyd edək ki, prezident İlham Əliyev sentyabrın 4-də Etibar Pirverdiyevi “Azərenerji” ASC-nin prezidenti vəzifəsindən azad edib. Onun yerinə Baba Rzayev (Balababa Rzayev) təyin olunub. O, bunadək “Azərişıq” ASC-nin sədri vəzifəsini tutub.