“Polis serjantı məni Cola içizdirib aldatdı, sonra isə…” Qazax sakinindən şok açıqlamalar

Qazax rayonu Bala Cəfərli kənd sakini, 2000-ci il təvəllüdlü M. Ə ( hələlik adı açıqlanmayaraq) redaksiyamıza müraciət edən gənc qız , Şəkildə görünən Qazax Rayon polis İdarəsinin əməkdaşı Budaqov Asiman Amil oğlu tərəfindən aldadıldığını bildirir. M.Ə adlı gənc qız bizə müraciətində qeyd edir ki, bu şəxs məni dəfələrlə arxamca düşərək ailə quracağını söyləmiş, mən də onun dövlətə xidmət edən bir nümayəndə olmasına inandım, O məni Qazax rayonunda yerləşən Parka aparıb Coca-cola içkisini gətizdirib içirtdi, mən özümdə olmadım, o məni yaxınlıqdakı tanımadığım yerə aparıb mənimlə əlaqədə oldu. Mən ondan söz verdiyi rəsmi evliliyi tələb elədim. o isə mənlə ailə qursa da 6 ay mənim yanıma gəlməyərək bezdirirdi ki, mən çıxım atam evinə gedim.

Baş verənlərlə bağlı biz Budaqov Asimanla telefon əlaqəsi saxlayıb münasibət öyrənmək istəsək də o zəngimizi açmırdı.

Daha sonra biz onun atası ilə əlaqə saxladıq. Atası Budaqov Amil bizim zəngimizi açaraq bunları söylədi: Onlar evlənib ailə qurublar sadəcə o qızın anası çox iddialar edir deyə aralarında ciddi narazılıqlar baş verib.

Zərərçəkmişlərin bildirdiyinə görə oğlanın atası yüksək vəzifə titulunu daşıyır.
Aldığımız məlumata görə bu “qəhrəman”-ın atası Budaqov Amil çiyinlərində mayor rütbəsini daşımaqla Qazax Rayon Polis İdarəsində yüksək vəzifədə işləyir. Bu cür nümayəndənin övladının belə hərəkətlərə yol verməsi və ələl xüsus da bu rütbə daşıyıcısının baş verənlərə bir tarazlıq gətirməməsi hələ xeyli müddət cəmiyyətimizdə böyük bir qınaq obyektinə çevriləcəcəkdir! Sonda isə kiçik bir şeir parçasını bu polis atasının nəzərinə çatdırıram:

Qoydunsa qadının gözünü yaşlı,
Ömrün keçəcəkdir ruhən təlaşlı!
Rütbədən fənd ilə keyf eyləsən də,
Allah qəzəb edəcək sənin qəlbində!

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləyib yenidən dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.

Xəyyam Ayətoğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir