Bu məsələdə kölgədə qalan görünməyən “QÜVVƏ”

Bu günlərdə demək olar ki, sosial şəbəkələrdə bu polis əməkdaşları haqqında yazılar yazılır, paylaşımlar edilir. Amma mən fotoya polis əməkdaşlarını tanımayan kimi yox şöbəsinin sabiq və indiki polis rəislərini tanıyan bir Mingəçevirli kimi baxıram. Belə ki, Mingəçevir şəhər polis şöbəsinin sabiq polis rəisi Ələsgər Bədəlovu və Cavid Muradovun vəzifədə olduğu müddətdə polis əməkdaşlarını yaxından tanıyan şəxs kimi baxıram. Yaxın tarixə nəzər salaq üç il bundan öncə şəhərdə qəzamı olmurdu yoxsa ana olmaq üzərə vətəndaşı çatdırmağa çalışan köməyə ehtiyyacı olan taksi sürücüsümü olmurdu? Yəni demək istədiyim odur ki, bu polis əməkdaşları əvvəllər nə əcəb belə xeyirxaq olmurdular?
Mingəçevirdə yaşayanlar və Mingəçeviri yaxından tanıyanlarda vurğulaya bilərlərki, Ələsgər Bədəlovun və Cavid Muradovun vəzifədə olduğu vaxtları müqaisə etdikdə fərq aydın açıq görsənir.
Elə yaxın tarixə nəzər saldıqda onu vurğulamaq yerinə düşüşər ki, 2015-ci il Noyabr ayında Daxili işlər Naziri Cənab Ramil Usubovun müvafiq əmiri ilə Mingəçevir şəhər polis şöbəsinin Polis rəisi vəzifəsinə Cənab Cavid Muradov təyyin olundu. Gəlin insafla danışaq ki, C. Muradov şəhərimizə təyyinatından sonra ilk olaraq Mingəçevirimizi “Zaqafqaziyanın Kolumbiyası” “kliçkasından” qurtardı. C.Muradov apardığı məqsədyönlü tədbirlər nəticəsi olaraq demək olar ki, Mingəçevir şəhərində narkamaniya, oğurluq, avtoxuliqanlıq, və digət cinayətlər yox dərəcəsinə çatıb. Bununla yanaşı Mingəçevir şəhərində polislərin davranışındada dissiplinasındada çox böyük fərq hiss olunur Yəni bizim demək istədiyimiz odur ki, hər bir işçi rəhbərliyinin güzgüsüdür. Polis əməkdaşlarının gündəmə oturan bu davranışı isə rəhbərlərinin onlara aşıladığı davranışdan irəli gəlir.
Bizdə öz növbəmizdə Mingəçevirinə Cavid Muradov kimi bir Polis Rəisi təyyin etdiyyi üçün Cənab Ramil Usubova öz təşəkkürlüyümüzü bildiririk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir