Türkiyədə atışma olub – 2 polis yaralanıb

Türkiyənin Antalya əyalətinin Ağsu rayonunda 1 ildir axtarışda olan cinayətkarın tutulması istiqamətində keçirilən əməliyyat zamanı 2 türk polisi yaralanıb.
Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağsunun Qaragöz bölgəsində daha əvvəl bir çavuşu silahla yaraladığına görə barəsində cinayət işi açılan və axtarışda olan Abdulla Özəri ələ keçirməyə çalışarkən polislə cinayətkar arasında atışma olub. Polis əməkdaşlarına müqavimət göstərən Özər açdığı atəş nəticəsində daha 2 çavuşu yaralayıb.

Cavab atəşilə cinayətkar əməliyyat zamanı öldürülüb.

Qeyd olunub ki, yaralı polis əməkdaşları helikopterlə xəstəxanaya aparılıb, təcili əməliyyata alınıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir