Gədəbəydə atasını döyərək öldürən oğulun məhkəməsi başlayır

Gədəbəy rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən Yaşar Məmmədhəsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il Gədəbəy rayonunda baş verib.

Belə ki, rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir