“Qarabağ”ı delfinə, “Sportinq”i akulaya bənzətdi

“Qarabağ”ı delfinə, “Sportinq”i akulaya bənzətdi

“Qeyri-idman şərhçisindən fantastik, amma mübahisəli bir şey eşitdim. O, “Şalke”nin “Qarabağ”dan zəif olduğunu söylədi. Mən buna əhəmiyyət vermirəm. Amma televiziyada bu cür danışmaqla “Portu”nun gördüyü işləri minimuma endirmək cəhdi məni hirsləndirir. Bu, normal hal deyil”.

Qol.az-ın Portuqaliyanın “Ojogo” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri  “Portu”nun baş məşqçisi Serjiu Konseysau Çempionlar Liqasının 5-ci turunda “Şalke” ilə oyun öncəsi deyib.

O, “Sportinq”lə müqayisədə daha çətin qrupa düşdüklərini söyləyib. S.Konseysau “Sportinq”lə eyni qrupda yer alan “Qarabağ”ı delfinə, rəqiblərini isə köpək balığına bənzədib: “İki köpək balığının və iki delfinin olduğu qrupdan çıxmaq asandır. Biz isə daha çətin və balanslı qrupa düşmüşük”.

Qeyd edək ki, “Portu” Moskva “Lokomotiv”i, “Qalatasaray” və “Şalke” ilə bir qrupda mübarizə aparır. Komanda hazırda 10 xalla qrup lideridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir