Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm Ümumrayon tədbiri keçirildi

Bu gün Mingəçevir şəhər İcra hakimiyyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibəti ilə ümumşəhər tədbiri keçirildi. Mingəçevir şəhəri Heydər Əliyev adına parkda təşkil olunmuş bayram tədbirini giriş sözü ilə açan şəhər İcra hakimiyyətinin başçısı cənab İlham İsmayılov ilk öncə hər kəsi bu əlamətdar bayramlar münasibəti ilə ürəkdən təbrik edib. Bildirilib ki, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhs Ulu öndər Heydər Əliyevdir. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin rəhbərliyi ilə 2019-cu ildə Mingəçevir şəhərində görüləcək geniş abadlıq-quruculuq işləri, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrin davam olaraq görülən işlər barədə məlumat verdi. İcra başçısı bildirdi ki, yola saldığımız il şəhərimiz üçün olduqca əlamətdar və uğurlu il kimi tarixə qovuşur. Növbəti ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunacaqdır.


Bayram tədbirində şəhər ictimaiyyəti, əmək kollektivləri, gənclər, məktəblilər və şəhər rəhbərliyi iştirak ediblər.


Sonra tədbir Mingəçevir şəhər Dövlət Dram Teatırının salisti Oktay Vəliyev, əməkdar artistdi Şıxı Yaqubov və MDDT-nın aktiyor və aktrisalarının təqdim etdikləri bədii səhnəciklər ilə davam etdirildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir