Mingəçevirlilərin gözü yeni təyin olunmuş icra başçısındadır !!!

Ölkə başçısı İlham Əliyev 28 Avqust 2018 tarixində imzaladığı sərəncamla Mingəçevir şəhər sabiq icra başçısı Niyazi Bayramovu Gəncə şəhər icra başçısı təyin etdi.
Daha sonra isə Ölkə Başçısı Cənab İlham Əliyev növbəti sərəncamı ilə on ildən artıq müddətdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini vəzifəsini icra etmiş İlham İsmayılovu Mingəçevir şəhər icra başçısı vəzifəsinə təyin etdi.
Ölkə başçısının bu sərəncamından sonra gözlər yeni İcra başçısı təyin olunmuş İlham İsmayılovun verəcəyi qərarlara çevrildi.
İlham İsmayılovun təyinatından sonra bir müddət Mingəçevir şəhəri icra başçısının birinci müavini vəzifəsini icra etmiş yenicə icra başçısı təyin edilmiş İlham İsmayılov haqqında şəhər əhalisinin fikrini öryənmək üçün Mingəçevir şəhərinə ezam olunmuş əməkdaşımızın daha maraqlı məqamlar diqqətini cəlb edib. Belə ki, şəhər sakinlərinə İlham İsmayılov haqqında sual ünvanlayan əməkdaşımızın sualını qısa fikirlərlə cavablandıran sakinləri daha sonra maraqlı məqamlar haqqında danışıblar. Çünki İlham İsmayılov onların ürəyincə olsa da Canab başçıdan gələcəkdə veriləcək qərarlar onlar üçün maraqlı olub.
Adının açıqlanmasını istəməyən şəhər sakinləri bildiriblər ki, İlham İsmayılov İcra başçısı təyin edildikdən sonra bir aralar adı bir sıra qalmaqallarda hallanan və müəmmalı şəkildə Mingəçevir şəhər sabiq İcra başçısı Niyazi Bayramov tərəfindən vəzifəsindən uzaqlaşdırılmış Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi, icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müaini Ramiz Əliyevlə şəhərdə sıx sıx bir arada görünməyə başlayıblar. Daha sonra bildirdilər ki, R.Əliyev turduğu vəzifədən uzaqlaşdırılmasından sonra şəhərdə yayılan söz söhbətlərdən oda məlum oldu ki, N.Bayrmaovun Ramiz Əliyevi İcra hakimiyyətindən uzaqlaşdırmasının bir sıra səbəbi var imiş. Ramiz Əliyevin işdən çıxarılmasına səbəb yeyinti hallarına yol verməsi,məktəb və bağça direktorlarından “xərac” toplaması, hətta, bunlar azmış kimi, bağçaların həyətlərini satırmış. Bütün bunlardan xəbər tutan icra başçısı Niyazi Bayramov Ramiz Əliyevi tutduğu vəzifədən azad edib.Bununla da kifayətlənməyən başçı aparatının digər işçilərindən Ramiz Əliyevin həqiqətən də vəzifəsindən sui-istifadə etdiyi barədə izahat alıbmış. Şəhər sakinlərinin digər bir iddiası isə, Ramiz Əliyev Niyazi Bayramovun yerinə göz dikibmiş. O, bir çox yerdə icra başçısı olacağını söyləyirmiş. Görünür Niyazi Bayramov da məhz, bundan narahat olub. Ramiz Əliyevi tutduğu vəzifədən uzaqlaşdırıb.
Daha sonra N.Bayramov Razmiz Əliyevi Mingəçevir şəhər Naxçıvan küçəsində yerləşən AzDres qəsəbəsi kimi tanınan ərazidə yaşayış massivində mənzil kommunal təsərrüfat istehsalat birliyinin sərdi vəzifəsinə təyin edib.
Şəhər sakinlərini nərahat edən isə İ.İsmayılovla Ramiz Əliyevin sıx -sıx bir arada görsənməsi ola bilsin ki, Ramiz Əliyevi Mingəçevir şəhər İcra başçısının birinci müavini təyin etmə etimalının olmasıldır.
Daha sonra söhbətin bu yerinə kimi susan yaşlı dayı dilləndi. Bzim icra hakimiyyətində birinci müavinliyə laiq və hətta başı postuna belə laiq bir insan var oda Hikmət Kərimovdur çünki onlar köklü Mingəçevirlidirlər hətta atası İsfəndiyar kişidə həmi çox gözəl insan və həmdə gözəl həkim idi.
Daha sonra söz uzandıqca yaşça biraz gənc olan şəhər sakini isə daha maraqlı bir məqama toxundu. şəhər sakini söylədiki, əhali arasında gəzən söz söhbətlərə inansaq Mingəçevir şəhər icra başçısının Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov Başçının birinci müavini, və çoxdandır şəhər icra hakimiyyətində hər hansı bir posta can atan Mingəçevir şəhər Dövlət Dram teatırının müdiri Səxavət Məmmədov isə münasibətləri olduqca sıx olan Hikmət Kərimovun yerinə yəni Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təyin olunmaq arzusundadır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir