Oğlu Ölmüş Həkimdən Xəstəxananın Direktoruna Qarşı ŞOK Ittihamlar!

Mingəçevir şəhər sakini,ixtisasca həkim Zahid Məmmədov azbelediyye.info saytının redaksiyasına müraciət edib.Onun müraciət etməsinin məqsədi oğlu Məmmədov Mətləbin həkim məsuliyyətsizliyinin qurbanı olmasını müvafiq qurumlara,o cümlədən ölkə rəhbərliyinin diqqətinə çatdırmaqdır.Gənc övladını itirmiş Zahid Məmmədov Kanal32-yə göndərdiyi video-müraciətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovu qeyri-insanı hərəkətlərdə və həkim məsuliyyətsizliyində günahlandırır.Onun sözlərinə görə,gözəl ailə başçısı və ziyalı  oğlunun ölümünə  səbəb xəstəxana rəhbərinin biganəliyi,səriştəsiz və məsuliyyətsiz idaretməsi səbəb olub.Belə ki,direktor Könül Ələkbərov beyninə qan sızmış Mətləb Məmmədovun həyati təhlükəsinin ciddiliyini bildiyi halda ona qısa müddət çərçivəsində peşəkar tibbi müdaxilənin olması üçün  yaxınlıqdakı Gəncə şəhərindəki müqavilə ilə əməkdaşlıq etdikləri xəstəxanadan belə neyro-cərrah dəvət etməyib.Övlad acısı yaşamış Zahid Məmmədov göz yaşları içərisində müvafiq qurumlara müraciət edərək,oğlunun ölümünə bais olmuş şəxslərin və konkret olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovun cəzalandırılmasını istəyir.

Zahid Məmmədovun video-müraciətini sizlərə təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir