«Təmiz Qaz” Mingəçevirdə Özbaşınalıq Edir — FOTOLAR

Ölkə.İnfo Azbelediyye.info-ya istinadən xəbər verir ki, Mingəçevirdə «Təmiz Qaz» QSC-nin əməkdaşları adlarına uyğun olamyan hərkətlərlə məşğuldur.Konkret desək, «Təmiz Qaz» təmiz yox,çirkli işlərlə gündəmə gəlir.

Özü də düz şəhərin ortasında,Şəhidlər xiyabanı ilə üzbəüz olan yerdə,əhalinin intensiv hərkət etdiyi piyada yolunda.Təqdim etdiyimiz fotolardandan da görürünür ki, «Təmiz Qaz»QSC-yə məxsus avtomobillər dayanma,parketmə və yol hərəkət qaydalarını kobud şəkildə pozaraq qanunları ayaqlar altına,təkərlər altına atıblar.Onların bu qəbildən olan saymazyana hərkətlərinə çox yerdə rast gəlmək mümkündür.”SOCAR”-a,”Azərİqaz”a güvənən bu “təmiz oğlanlar” gənc sürücülərə,yeniyetmələr ancaq pis örnək olurlar.

Şəhərin 20 yanvar küçəsində qeydə alınan bu qanun pozuntularına ərazidən keçən sakinlər də biganə qalmır.Ancaq onların sözlərini eşidən yoxdur.”Krışa”ları böyük və “vətənpərvər”olan bu idarənin əməkdaşlarının qanunlarımıza necə hörmət bəsləməsinin isə əlavə şərhə ehtiyacı yoxdu.

Onu da qeyd edək ki, «Təmiz Qaz»-ın Mingəçevir ofisinin qarşısındakı vəziyyətlə bağlı şəhər Polis şöbəsinin Dövlət Yol Partul Xidmətinin əməkdaşlarına məlumat verilib.Bundan sonra Yol polisləri hadisə yerinə gəliblər.Ancaq onların inzibati protokol tərtib edib-etmədiyini bilmirik.Bəlkə də tərtib ediblər.Əgər bu “qazlı”idarənin himayədarlarından çəkinməsələr,onlara “hörmətlə”yanaşmasalar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir